Lənkəranda itkin düşən qadının meyiti tapılıb - foto

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb. Bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti aşkarlanıb. Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

APA-nın verdiyi məlumata görə, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.

K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb. 

Qadının nənəsinin verdiyi məlumata görə o, ailəli olub və ayrılıb. Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gəlib. İki-üç gündən sonra ondan heç bir xəbər olmayıb.

Qadının itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ