Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb. APA xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.
Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onların meyitlərini sudan çıxarıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.