Azərbaycanda maaş ala bilməyən işçilər etiraz etdilər - video

Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin işçiləri Naxçıvan Ali Məclisinin qarşısında etiraz aksiyası keçiriblər.

Səbəbi isə idarə əməkdaşlarının maaşlarını ala bilməmələri olub.

Bildirilib ki, işçilər 10 aydan çoxdur ki, işə getsələr də, məvaciblərini ala bilmirlər.

İşçilər vurğulayıblar ki, yaranan vəziyyət onlar üçün acınacaqlı hal alıb və borclarını vermək imkanları yoxdur.

Naxçıvan şəhər idarəsindən qeyd olunub ki, onların özləri də uzun müddətdir ki, maaş ala bilmirlər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ