Azərbaycanda ağır qəza olub. Ölənlər var - foto

Naxçıvanın Culfa rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report məlumat yayıb.

Bildirilir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə “Chevrolet Niva” markalı avtomobillə “Tofaş” markalı avtomobil toqquşub.

Nəticədə avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm adlı şəxs hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu isə yaralanıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ