2024-ci il üçün özəl məktəblərdə qiymətlərin siyahısı

Rəsmi statistikaya əsasən ölkə ərazisində fəaliyyət göstərən özəl məktəblərin sayı 32-dir.

"Qafqazinfo" xəbər verir ki, bu məktəblərdən 1-i regionların, qalan 31-i isə Bakı şəhərinin payına düşür.

Yüksək məbləğli illik təhsil haqlarının qarşılığında xidmət göstərən özəl məktəblər nələr vəd edirlər? Ümumilikdə 20 mindən çox şagirdin təhsil aldığı özəl məktəblər hansı xidmətləri göstərir?

Sualın cavabı hər məktəb üçün fərqli olacaq: bəziləri ingilisdilli təhsil, bəziləri xaricdə ali təhsil vədləri verir, bəziləri hovuzu ilə gündəmə gəlir, bəziləri idman meydançaları ilə fəxr edir və s.

Sanki özəl məktəblər artıq təhsillə yanaşı, əlavə xidmətlər yarışında da iştirak edirlər. Amma nəyin qarşılığında? Əlbəttə ki, fantastik və kosmik məbləğlər istəyərək.

Növbəti tədris ili üçün bəzi özəl məktəblərdəki təhsil ödənişləri aşağıdakı kimidir:

Göründüyü kimi, əksəriyyətinin illik ödənişi 10 min manatdan çox olan özəl məktəblər hazırda qəbul üçün yarışdadırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ