Aprelin 22-si saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Xaltan, Altıağac, Daşkəsən, Gədəbəy, Qəbələ, Qrız, Şahdağ, İsmayıllı, Oğuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
“Qafqazinfo” xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 22-si saat 17:45 radələrində Oğuz rayonu Xaçmaz kəndi və Xalxal kəndi ərazisinə diametri 15-17 mm, İsmayıllı rayonuna 5 mm, İsmayıllı rayonu Basqal qəsəbəsinə isə 9 mm olan dolu düşüb.