Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi - video

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub.

Görüntüləri Baku.ws saytı dərc edib.

Qeyd olunub ki, nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ