Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Ermənistan polisi “Döyüş qardaşlığı” adlı silahlı qruplaşmanın beş üzvünü saxlayıb.

Bu barədə təşkilatın “Facebook” səhifəsində məlumat verilib.

Silahlı qruplaşmanın Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan və Aramais Ağabekyan adlı üzvləri Noyemberyan rayonunun polis şöbəsinə aparılıb.

Qeyd edək ki, həmin şəxslər Qazax rayonun Ermənistanın işğalı altında olan və ötən həftə əldə edilmiş razılığa əsasən Azərbaycana təhvil veriləcək dörd kəndində saxlanılıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ