Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan lideri Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.
“Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, o cümlədən aktual regional məsələlər üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır”, - Kremlin məlumatında bildirilir.