Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub.
Buta.media xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyiblər:
“Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə - mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.
Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.
Xatırladaq ki, bir müddət öncə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlının yanmış ticarət mərkəzi "Diqlas"-ın qarşısında bir jurnalistlə çəkilmiş fotosu geniş müzakirələrə səbəb olmuşdu.