Bakıda “Maybach” qəzaya düşdü - video

Bakının Xətai rayonunda Yusif Səfərov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı “Mercedes Maybach” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan “Leap Motors C11” markalı maşına çırpılıb.

Hadisə nəticəsində “Leap Motors”da olan xanım sərnişin xəsarət alıb.

Qəza yerinə gələn DYP əməkdaşları “Maybach” markalı maşının sürücüsü alkoqol sərxoşluğunun yoxlanılması məntəqəsinə aparıblar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ