“Bakı Metropoliteni” QSC ilə Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıdadır.
Buta.media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Qurumdan bildirilib ki, sazlama və sınaq işlərindən sonra istifadəyə veriləcək yeni 10 vaqon əvvəlki nümunələrindən xeyli fərqlənir. Belə ki, yeni vaqonların qapıları daha enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Bundan savayı, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb.