Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib. O, bu gün 76 yaşında dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadi Rəcəblinin ölümü ilə bağlı məlumat açıqlayıb.
“Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar aprelin 17-də saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadi Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb”.
Mərhumun qardaşı İqbal Rəcəbli bildirib ki, Hadi Rəcəbli ürəktutmadan vəfat edib. Onun sözlərinə görə, H.Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi “Təzəpir” məscidində baş tutacaq.
Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Azərbaycan Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.