Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Bərdə-Ağdam avtomobil yolunun Tərtərin Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Haadisə zamanı 1989-cu il təvəllüdlü İsrafil Həsənovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1975-ci il təvəllüdlü Rövşən Əliyevin idarə etdiyi “BMW” markalı minik avtomobili toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb. “VAZ-2107”nin sürücüsü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.