Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qız tapıldı

“Qollarını doğrayaraq uşaq evindən qaçan 16 yaşlı qız Binə qəsəbəsində tapılıb”.

Bunu DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.

Qeyd edib ki, Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qalan, 16 yaşlı qızın özünə xəsarət yetirməsi və oradan qaçması ilə bağlı polisə məlumat daxil olub:

“Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan qız tapılaraq uşaq evinə təhvil verilib. İlkin müayinə zamanı, onun qol nahiyəsində xəsarətlər aşkar edilib. Hazırda araşdırmalar davam etdirilir”. 

16:08

Bakıda uşaq evində intihara cəhd olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb.

Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb.

Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb.

Təcili yardım briqadası və polis uşaq evinə daxil olarkən qız oradan qaçıb. Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

3 saylı uşaq evindən bildirilib ki, O, dava etməyib. Sadəcə olaraq rəfiqəsinin atasının yanına getməsini istəməyib deyə, aralarında söz-söhbət yaranıb. Hazırda hər şey yaxşıdır, qız uşaq evindədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ