Azərbaycanda “İlin ən yaxşı rektoru” seçildi - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla "İlin ən yaxşı rektoru” seçilib.

Buta.media xəbər verir ki, bu barədə məlumatı Feysbukda ölkənin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən "Azərbaycan Universitetləri” səhifəsi yayıb.

Məlumata görə, xalq yazıçısı, akademik Kamal Abdulla "2018-2019-cu tədris ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusunda 45% səs çoxluğu ilə qalib olub.

"Bundan əlavə, tədris ili ərzində Kamal Abdullanın sosial aktivliyi, tələbələrinin rifah halının yaxşılaşması üçün atdığı addımlar və tələbələrin sevimli pedaqoqu olması bu səsverməyə təsir edib. Final seçki statusu 3 günə 100 min nəfər görülmə (post reach) ilə rekord vurub. Bu, akademik Kamal Abdullanın və tələbələrinin qələbəsidir! Təbrik edirik!” – səhifədə qeyd olunub.

Qeyd edək ki, soğruda ölkənin 10-dan artıq ali məktəbinin tələbələri də iştirak edərək, ADU rektorunu dəstəkləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ