COP29-un Bakıda keçiriləcəyi məkan açıqlanıb - foto

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bunu COP29 Sədrliyinin ilk mətbuat konfransında çıxışı zamanı COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova deyib. 

Mətbuat konfransında həmçinin COP29-un loqosu təqdim edilib.

Bildirilib ki, COP29-un loqosu iqlim dəyişiklikləri ilə əlaqədar qarşılaşdığımız qlobal problemlər və bu çətinliklərlə mübarizə üçün zəruri olan kollektiv fəaliyyəti özündə ehtiva edir.

Loqoda həmrəylik və vəhdət, inklüzivlik, təbiətlə əlaqə kimi motivlər əks olunub. Bundan başqa, loqoda yer alan yarpaq formasında olan buta ölkəmizin biomüxtəlifliyini, bitkilərin dünyamızın mövcud olması üçün vacib olan karbon tutulması və saxlanılmasına uyğunlaşmada təbiət əsaslı həllərin gücünü təmsil edir.

Hava və küləyi təcəssüm etdirən buta atmosferlə bağlı qayğıların həlli üçün tələb olunan həssas tarazlığı ifadə edir.

Su damlası şəklində olan buta dəniz səviyyəsinin dəyişməsi. quraqlıq və daşqınlar şəraitində suyun dayanıqlılığına olan zəruri ehtiyacı əks etdirir

Od formasında təsvir edilən buta Azərbaycanın yanar ocaqlarını aks etdirir və bizi emissiyasız gələcək naminə enerjidən məsuliyyətlə istifadə etməyə çağırır.

Birləşərək dairə yaradan iki buta qarşılıqlı bağlılığımızı və evimiz olan Yer kürəsinin dayanıqlılığı üçün göstərilən daimi səyləri ifadə edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ