Azərbaycanda iki məktəbli faciəvi şəkildə ölüb

Bu gün İmişli şəhərində iki məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə İmişli şəhər Tofiq İsmayılov küçəsində yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəb liseyin həyətində olub.

Həyətdə oynayan 6 və 8-ci sinif şagirdi olan iki yeniyetməni elektrik cərəyanı vurub.

Belə ki, məktəblilər həyətdəki transformatorun yaxınlığında olarkən bədbəxt hadisə baş verib.

Bildirilir ki, cərəyan vuran 6-cı sinif şagirdi həmin məktəbdə oxuyurmuş. 8-ci sinifdə oxuyan digər yeniyetmə isə onlara qonaq gəlibmiş.

Hazırda hadisə yerində prokurorluq və digər qurumların əməkdaşlarının iştirakı ilə araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ