Azərbaycanlı gənc “Forbes”un siyahısına düşüb - video

Azərbaycanlı gənc dünyaca məşhur biznes jurnalı olan “Forbes”un siyahısında yer alıb. Günay İmanzadə minlərlə şəxsin arasından seçilərək jurnalın 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısına düşüb. 

Avropa üzrə “Təhsil, biznes və digər sahələrdə sosial təsir” kateqoriyasında yer tutan həmyerlimiz “Metatesk” startapının təsisçisidir. 

Günay İmanzadə bildirib ki, siyahı üzrə namizədlər çox olsa da seçim şərtlərini ödəyən az iştirakçı var idi.

Onun sözlərinə görə o, builki siyahıda yeganə azərbaycanlıdır.

Qeyd edək ki, G.İmanzadə 2023-cü ildə innovasiya sahəsi üzrə gənclər üçün prezident mükafatına layiq görülüb. Təsisçisi olduğu startap “Texnofest” festivalı çərçivəsində keçirilən müsabiqədə qalib olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ