AZAL-ın reysləri Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar gecikir

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bəzi reyslərində gecikmələr müşahidə olunur.

Şirkətdən verilən xəbərə görə, aşağıdakı reyslər təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir:

İslamabad-Bakı (J2 5144);

Dammam-Bakı (J2 8210);

Dehli-Bakı (J2 058);

Dubay-Bakı (J2 016).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ