Azərbaycanda “E-taksi” sistemi yaradıldı

Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün “AYNA” informasiya sistemində “E-taksi” alt sistemi yaradılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirir ki, operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimİndə həmin sistemə ötürüləcək.

Bununla yanaşı, ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq.

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ