İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.
Bu barədə Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı “Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncamında qeyd olunub.
Xatırladaq ki, İ.Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.
İ.Abdullayev bu təyinatadək Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifələrində çalışıb.