Azərbaycanda qadın körpüdən çaya düşərək ölüb

Naxçıvanın Şahbuz rayonunda qadın körpüdən çaya düşərək ölüb. Bu barədə APA məlumat yayıb.

Hadisə rayonun Külüs kəndində qeydə alınıb.

Məlumata görə, ötən gün axşam saatlarında kənd sakini 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı kənddə olan körpüdən çaya düşüb. Kənd sakinləri onun meyitini dünən gecə saatlarında çaydan tapıblar.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ