“Sifariş operatoru ilə işləyən taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur” - AYNA

Azərbaycanda taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

“Taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir. Gediş haqqı proqram təminatı ilə hesablanır”, - deyə açıqlamada qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ