Ağdamda azad edilən ərazidə detonator partlayıb

Bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ