Sumqayıt şəhərində beş yaşlı uşaq yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində baş verib.
Şahidlərin sözlərinə görə, 2019-cu il təvəllüdlü Eduard Mayis oğlu Mürsəlov yaşadığı evin eyvanından yıxılaraq ölüb.
Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 2019-cu il təvəllüdlü şəxs (kişi cinsli) 05.04.2024-cü il tarixində saat 16:43 radələrində mərkəzin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına ölü vəziyyətində daxil olub.