Xırdalanda yaşayış binasında yanğın baş verib - video

Bu gün Abşeron rayonu Xırdalan şəhərində yaşayış binasında yanğın olub.

Çoxmənzilli binanın dam hissəsini alov bürüyüb. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən  bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və evin dam örtüyündə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ