Bir ay əvvəl itkin düşən kişinin meyiti Kürdən tapıldı

Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.

Azərtac xəbər verir ki, hadisə saat 18 radələrində rayonun Ərəbqardaşbəyli ərazisində qeydə alınıb. 

Çayda aşkarlanan naməlum kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayonu şöbəsinə təhvil verilib.

APA-nın məlumatına görə isə meyiti tapılan şəxs bir ay əvvəl itkin düşən Salyan sakini, 67 yaşlı Süleymanov Hüseyn İsrafil oğludur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ