Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.
Azərtac xəbər verir ki, hadisə saat 18 radələrində rayonun Ərəbqardaşbəyli ərazisində qeydə alınıb.
Çayda aşkarlanan naməlum kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayonu şöbəsinə təhvil verilib.
APA-nın məlumatına görə isə meyiti tapılan şəxs bir ay əvvəl itkin düşən Salyan sakini, 67 yaşlı Süleymanov Hüseyn İsrafil oğludur.