Bakıda ər arvadının boğazını kəsib.
Buta.media xəbər verir ki, APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.
Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimovanın həyat yoldaşı ailə münaqişəsi zəminində onun boğazını kəsib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.