Bakının mərkəzində iki avtomobil toqquşdu - foto

Bu gün səhər saatlarında Bakının mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Nəsimi rayonu, Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində iki minik avtomobili toqquşub.

Qəza nəticəsində kəsişmədə olan bir ədəd svetofor dirəyi yararsız vəziyyətə düşüb. 

Hazırda svetoforun bərpa edilməsi məqsədilə işlər görülür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ