Canlı yayımda 1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı - foto

Sosial şəbəkələrdə canlı yayımda uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb. 

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd  hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ