Rəsulzadənin sözləri olan lövhə həmin binadan niyə çıxarılıb? - Foto

Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının üzərində Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərinin əks olunduğu lövhə götürülüb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb. Şəkildən görünür ki, 20 yanvar dairəsi kimi tanınan ərazidə binanın üzərinə vurulmuş, özündə Azərbaycan bayrağını da əks etdirən lövhə çıxarılıb.

Bunun səbəbini öyrənmək üçün Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, hazırda binada təmir işləri gedir: “Bina bütövlükdə təmir edilir. Təmir işləri bitdikdən sonra hər şey öz yerinə bərpa ediləcək, həmçinin həmin cümlə də”. 

Qeyd edək ki, bina 1993-cü ildə tikilib istifadəyə verilib. Elə tikiləndən Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi kimi fəaliyyət göstərir. Bina tikilən zaman Məhəmməd Əmin Rəsulzadənin sözləri və Azərbaycan barağı binanın üz qabığına vurulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ