Yasamalda ölümcül qəza: Sürücü TIR-a çırpıldı - video

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza maşın bazarının yaxınlığında qeydə alınıb.

Belə ki, saat 22:30 radələrində Əliyev Asim Asiman oğlunun idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı avtomobil dairəvi yolda “Socar” YDM-nin qarşısında idarəetməni itirərək yolun əks istiqamətinə keçib. 

Avtomobil beton yol ayırıcının üstündəki işıq dirəyinə dəyib əks istiqamətli hərəkət hissəsinə çıxaraq öz yolu ilə hərəkətdə olan İrana məxsus “VOLVO FH PC24-4*2” TIR-a çırpılıb. Nəticədə “Chevrolet”in sürücüsü Əliyev Asim Asiman oğlu və həmin avtomobildə olan sərnişin Mikayılov Ruslan Maşallah oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ