Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi istənilib.

“Qafqazinfo” xəbər verir ki, media ekspertinin vəkili müvəkkili haqda seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün məhkəməyə müraciət edib.

Vəkil Ələsgər Məmmədlinin istintaqdan yayınma və tərəflərə təsir etmə fikrinin olmadığını deyərək, vəsatətin təmin edilməsini xahiş edib.

Xətai Rayon Məhkəməsi iş üzrə ilkin istintaq hərəkətlərinin davam etdiyini qeyd edərək təqsirləndirilən şəxsin həbsdə qalmasını uyğun hesab edib. Qərara əsasən vəsatət rədd edilib.

Qeyd edək ki, Ə. Məmmədli “Toplum tv” işi üzrə həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ