“Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır”.
Bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib.
Millət vəkili vurğulayıb ki, cavan qızlar ana olmaq istəmirlər: “Ailə məsələsi, gender proqramları, ailə institutunun nizamlanması və s. nəyə xidmət edir, hansı gizli layihənin bir hissəsidir, başa düşə bilmirəm. Uşaqpulunu kəsməklə o proqramlara, layihələrə dolayı yolla dəstək göstərmiş oluruq. Düşünürəm ki, bütün əhalinin təqaüd yaşının azaldılmasına nəzər salmaq lazımdır.
Rayonlardan gəlmiş müraciətlər var. Veteranlar yazır ki, 65 yaş çoxdur, təqaüd yaşı 60-a endirilsin. Ümumiyyətlə anaların, qadınların təqaüdə çıxmaq yaşını irəli çəkmək lazımdır. Dövlət idarələri bu barədə düşünsün. Hər halda 62-65 yaş Azərbaycanda təqaüdə çıxmaq üçün çox yüksək rəqəmdir. Biz deyirik, uzunömürlülər vətəni, amma bu artıq nağıl kimi keçmişdə qaldı”.