Ukraynanın paytaxtı Kiyev şəhərində yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib.
Bu barədə onun yaxınları feysbukda paylaşım ediblər.
Ukraynada müharibə başlayan gündən indiyədək ən qaynar bölgələrdən reportajlar hazırlayan, tanınmış jurnalist İdrak Camalbəyli Kiyevdə ürək çatışmazlığından 48 yaşında qəfil dünyasını dəyişib. Xatırladaq ki, İdrak Camalbəyli bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Allah rəhmət eləsin.