Bakıda kriminal avtoriteti güllələyənlər tutuldu - FOTO

Bakının Binəqədi rayonunda odlu silahla qətl törətməkdə şübhəli bilinən şəxslərin adı  məlum olub. Onlar Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğludur.

Buta.media Oxu.Az-a istinadən xəbər verir ki, Cəlalov Taleh İbrahim oğlu Hüseynov Səxavət Oruc oğlu ilə birgə kriminal avtoritet olduğu deyilən Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinir.

Həmin şəxslər 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ