Bakıda başından güllələnən "avtoretitetin" görüntüsü yayıldı: "Emin 444" qısası? - VİDEO

Bu gün axşam saat 19:00 radələrində Binqədi rayonunda qətl hadisəs biş verib.

Buta.media Oxu.Az-a istinadən məlumat verir ki, öldürülən kriminal avtoritetin də kimliyi müəyyən edilib. Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, o Mübariz Budaqlıdır.

Mübariz Budaqlı başına açılmış bir güllə nəticəsində həyatını itirib.

Qeyd edək ki, 2017-ci ildə 1976-cı il təvəllüdlü Mübariz Budaqlı adlı şəxs İnterpol xətti ilə axtarışa verilib. Hazırda ölən şəxsin  sözügedən Mübariz Budaqlı olub olmaması barədə araşdırma aprılır.

BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə kriminal dairələr  arasındakı münaqişədən qaynaqlanır. Hətta baş verən hadisənin “Emin 444” və ya “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətli ilə əlaqəli olduğu da ehtimal edilir. Versiyalardan biri budur ki, kriminal dairələr "Emin-444"-ün qisasını alıblar.

Xatırladaq ki, mayın 9-dan 10-na keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlu qətlə yetirilib. Bir neçə nəfər arasında düşən davanın gedişatında E.Səfərov 40-a yaxın bıçaq zərbəsi alaraq hadisə yerində keçinmişdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ