Bakıda silhalı atışma: Kriminal avtoritet güllələndi - VİDEO

Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

Buta.media xəbər verir ki, "Report"un məlumatına görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs "Mercedes" markalı avtomobilə atəş açıb.

Nəticədə bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.

Baku.ws-ın məlumatına görə, hadisəni törədən şəxslər 10 GD 021 dövlət nömrə nişanlı, "BMW X5" markalı avtomobillə qaçmağa çalışıblar.

Lakin Binəqədi rayon Dövlət Yol Polisi  Şöbəsinin əməkdaşlarının onları yaxalayıb. Sükan arxasında olan şəxsin Hüseynov Səxavət Oruc oğlu olduğu, digərinin isə şəxsiyyətinin dəqiqləşdirilıdiyi bildirilir.

Ölən şəxsin kriminla avtoritet olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ