Fuad Abbasova Rusiyaya getmək qadağan olundu - 50 il

Azərbaycanlı jurnalist Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.

Buta.media-nın xəbərinə görə, bu barədə qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən çıxarılıb.

Ötən gün Fuad Abbasovun şikayət ərizəsini qəbul etməyən Moskva Vilayət Məhkəməsi əvvəlki məhkəmə qətnaməsini qüvvədə saxlayıb.

F.Abbasov bu gecə Moskva-Bakı təyyarə reysi ilə Rusiyadan deportasiya olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ