Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və onun ermənistanlı həmkarı Alen Simonyan arasında İsveçrənin Cenevrə şəhərində görüş keçirilir.
İkitərəfli görüş Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində baş tutur.
İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunan görüş zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarının parlamentlər tərəfindən hansı formada dəstəklənə biləcəyi məsələlərinin müzakirə olunacağı gözlənilir.