Səbail Rayon Polis İdarəsinin əməkdaşları özünü krandan atmaqla hədələyən kişini fikrindən daşındırıblar.
Buta.media xəbər verir ki, hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, intihara cəhd edən şəxs 37 yaşlı Fərhad Abışovdir.
Qeyd edək ki, F.Abışov 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızının qətlində şübhəli bilinir.
Ehtimal olunur ki, o, qadına bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.
Məlum olub ki, intihar etmək istəyən kişi sevgilisini öldürdüyünü qışqırır. Hazırda polis əməkdaşları onu fikrindən yayındırmağa çalışırlar.
İlkin məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib.
15:44
Bakıda 25-30 yaşlarında qadın qətlə yetirilib.
Buta.media "Report”a istinadən xəbər verir ki, hadisə Bayılda, 20-ci sahə adlanan ərazidə Arif İsmayılov küçəsi 22 D ünvanında qeydə alınıb.
Belə ki, bıçaq xəsarətləri alan qadın özünü adıçəkilən ünvanda evlərdən birinin həyətinə salıb və elə oradaca dünyasını dəyişib.
Qadının şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.