Bakıda aktyorun meyiti tapılıb - Beş uşaq atası idi

Bakıda 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb. 

Bu barədə Qafqazinfo.az saytı məlumat yayıb.  Aktyorun cəsədi ötən gün saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun Savxozu adlanan ərazidəki nömrəsiz evdə aşkarlanıb.

Yaxınları Ü.Hümbətovun həyətdəki yarımtikilinin tavanından özünü asaraq intihar etməsi barədə məlumat veriblər.

Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ