Azərbaycanın iki rayonu susuz qaldı - Su kanalı partlayıb

Göyçayda su kanalının partlaması nəticəsində iki rayon susuz qalıb.

Buta.media-nın məlumatına görə, "Qafqazinfo" xəbər verir ki, mənbəyini Yuxarı Şirvan kanalından götürərək, Ucara gedən "R-8" adlanan su kanalı Göyçayın Çərəkə kəndi ərazisində partlayıb.

Kanalın müəyyən hissəsində beton piltələr yararsız hala düşüb. Göyçay və Ucarın kəndlərinə gedən su ərazidə olan balaca tutumlu arxa tökülür.

Sabah günün birinci yarısında əraziyə texnika cəlb ediləcək və kanalının bərpası üçün işlərə başlanılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ