Professor Şirindil Alışanlı vəfat etdi

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “XX əsr Ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib.

Bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.

Şirindil Alışanov 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olub.

1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib, ədəbi tənqid üzrə ixtisas kursunu bitirib.

1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb.

1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunmuş namizədlik dissertasiyası yazıb və 1981-ci ildə müdafiə edib.

1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ