“İndi dava edək?”: Yol hərəkəti qaydasını pozan sürücü narazıdır - video

Xətai rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən “Əhmədli” metro stansiyasının qarşısında və ətraf ərazilərdə reyd keçirilib.

İctimai nəqliyyat üçün ayrılmış zolaqları zəbt edən sürücülər cərimələniblər.

Xəbərdarlıq olunan sürücülərin arasında narazı olanlar da olub.

Belə ki, yolun ictimai nəqliyyat üçün olan zolağına avtomobilini idarə edən sürücüyə polis cərimə yazıb.

“Nə edək indi, dava edək? Ay rəis, qanımızı qaraltmayın”, - deyərək, sürücü yol polisinə etirazını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ