Tapılan 3 yaşlı qızla bağlı şok məlumat - Qaraçılar qaçırıbmış

Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə polisin intensiv axtarışları nəticəsində tapılıb. Onu oğurlayan şəxs tutulub.

Buta.media xəbər verir ki, “Report”un məlumatına görə, həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır.

Zəhranın dayısı Əminağa Hüseynov News24.az-a bildirib ki, Zəhra “Neftçilər” metro stansiyası ərazisindən tapılıb.

Musavat.com yazır ki, azyaşlının öz qohumları Nizami rayonunda yerləşən 8-ci kilometr bazarı ərazisində dilənən zaman tapıblar.

Nitqində nisbətən qüsur olan Zəhra baş verənləri hələlik izah edə bilmir.

Tibbi müayinəyə aparılan Zəhranın öz məhəllələrinə yaxın ərazidə yaşayan qaraçılar tərəfindən qaçırıldığı ehtimal edilir.

Son bir neçə gündə polis şəhərin qaraçılar yaşayan ərazilərində əməliyyat-axtarış işləri aparıb. Biləcəri, Suraxanı, “Vorovski” kimi ərazilərdə kompakt yaşayan qaraçıların evlərinə daxil olaraq, itkin düşən uşağın izlərini axtarmağa cəhd ediblər.

Polislər uşağı atasına təhvil veriblər.

Hazırda hadisənin təfərrüatı öyrənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ