“Təşvişə düşməyin”: Agentlik valideynlərə çağırış etdi

Sosial şəbəkələrdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.

Edilən paylaşımda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində azyaşlıların kütləvi qətlinin həyata keçiriləcəyi bildirilib.

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, yayılan məlumatlardan xəbərdardırlar:

“Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə səsləyirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ