Azərbaycanda ana və övladları faciəvi şəkildə öldülər

Ötən gün Masallı rayonu Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində ana və iki azyaşlı övladı dəm qazından vəfat edib.

Hadisə yerində ilkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılır.

Dünyasını dəyişən ana və övladlarının fotosu sosial şəbəkələrdə yayılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ